Zəzələdə dağılan binalarla bağlı daha 10 nəfər həbs edildibackend

Zəzələdə dağılan binalarla bağlı daha 10 nəfər həbs edildi

Kahramanmaraşın Elbistan rayonunda fevralın 6-da baş verən zəlzələ nəticəsində dağılan binalarla bağlı aparılan istintaq çərçivəsində indiyədək nəzarətə alınan 35 nəfərdən 10-u həbs edilib.

Bu barədə KONKRET.az Türk mediasına istinadən xəbər verir.

Elbistan Respublika Prokurorluğunun koordinasiyasında İlçe Polis Şöbəsi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (KOM) Bürosu qrupları tərəfindən aparılan araşdırmalar çərçivəsində, 431 bina ilə bağlı həbs qərarı çıxarılan 139 şübhəlidən 35-i saxlanılıb.

Prosesdən sonra məhkəmə binasına gətirilən şübhəlilərdən 10-u həbs edilib, 22-nin xaricə çıxışına qadağa qoyulub, 3-ü isə prokurorluq tərəfindən məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Barəsində həbs qətimkan tədbiri seçilən 104 şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir. Manset.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*