“Zinət əşyalarımı qaytarın, pulumu verin” – Paşinyanın arvadını biabır etdilər backend

"Zinət əşyalarımı qaytarın, pulumu verin" - Paşinyanın arvadını biabır etdilər 

Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan keçmiş makiyaj ustası və bərbəri Sofiya Xudoyan tərəfindən davamlı şəkildə ittiham edilir. İttihamın mahiyyəti isə odur ki, Anna Akopyan vaxtilə yaxın münasibətdə olduğu makiyaj ustasından külli miqdarda zinət və geyim əşyaları alıb. Sonradan isə aldığı malların pulunu ödəməkdən imtina edib. Buna görə də, Paşinyanın arvadı ilə keçmiş bərbəri arasında skandal başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” xəbər yayıb.

Məlumata görə, Sofiya Xudoyan Anna Akopyana yazdığı son statusu sosial şəbəkələrdə paylaşıb.

Statusda deyilir: “Zinət əşyalarımı qaytarın və sifariş olunmuş paltarların pulunu verin. Ayıbdır. Şərhimi silməyin, vicdanınız oyanana və pulumu alana qədər yazacağam”.

Nəşr daha sonra yazır ki, makiyaj ustası Facebook səhifəsində bir ildir dövlət başçısının köməkçiləri ilə əlaqə qurmağa çalışdığını, lakin bir nəticə əldə edə bilmədiyini deyib.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*