Ziyanın dəbdəbəli yeni sarayları –  Ölkənin hər yerində villalar tikibmişbackend

Ziyanın dəbdəbəli yeni sarayları – Ölkənin hər yerində villalar tikibmiş

Keçmiş Nəqliyyat naziri, ZQAN Holdinqin sahibi Ziya Məmmədovun – o Məmmədovun ki, bugünlərdə dolanışıqdan şikayətlənir, arpa, yonca əkdiyini bildirirdi – Bakıda, Ucarda, Qubada və İsmayıllıda olan malikanələrinin videoları yayılıb.

Bloqer Mehman Hüseynovun hazırlayıb sosial şəbəkədə paylaşdığı reportajda sözügedən villaların yerləşdiyi ərazilərin Google Maps koordinatları da təqdim olunub.

KONKRET.az olaraq nazir olduğu illərdə 10 milyard dollardan artıq investisiyaları idarə etmiş Z.Məmmədovun sərvətinin kiçik bir hissəsini təqdim edirik:

1. Ucarın Qazıqumlaq kəndində təxminən 8 hektarlıq ərazidə özünə süni göl yaradan keçmiş nazir, mətbuata verdiyi son açıqlamasında burada mal-qara bəslədiyini, kənd təsərrüfatı ilə məşğul olduğunu bildirmişdi. 

Malikanədə “M” işarəsində hovuz, uşaq meydançası, əkin sahələri, gümbəzəoşxar kotteclər, ayrıca bir kiçik villa da mövcuddur.

 

 

2. Bakının Şüvəlan qəsəbəsində, Xəzərin sahilində təxmini 7 hektarlıq ərazidə dəbdəbəli 1 ədəd iri malikanə və 4 ədəd ayrı villalar mövcuddur. Bu villalarda onun övladları, qardaşı və qardaşı uşaqları dincəlirlər. Ərazidə böyük hovuz, süni göl, dəniz suyundan ayrılan kiçik göl, yaxta limanı və futbol meydançası var.

 

3. İsmayıllı rayonunun ən gözəl kəndlərindən biri Basqalda da sabiq nazirin villaları yerləşir. Burada təxmini 3 hektarlıq ərazidə onun 4 villası var.

 

 

4. Qubanın ən gözəl kəndlərindən biri Qəçrəşdə, meşənin düz kənarında oliqarxın daha bir villası mövcuddur. Sahəsi 1 hektardan artıq olan ərazidə ucaldılmış malikanə böyük bir qəsrə bənzəyir.

 

 

5. Qubanın Qələdüz kəndində 1 hektarlıq ərazidə iri malikanə və əlavə bir ədəd villa mövcuddur. Villalar Qudyalçay çayının sahilində, möhtəşəm bir mənzərədə yerləşir.

Redaksiya: Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*