Zülfiyyə Süleymanova ekologiya nazirinin müavini təyin edilib.
KONKRET.az -ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Qazaxıstanın Primeminister.kz saytına istinadən xəbər verir ki, Zülfiyyə Süleymanova ekologiya, geologiya və təbii sərvətlər nazirinin müavini təyin edilib.
Zülfiyyə Süleymanova 1990-cı ildə Aktobedə anadan olub. Qumilyov adına Avrasiya Milli Universitetini bitirib.
O, karyerasına 2014-cü ildə Qlobal Siyasət və Təhlükəsizlik Mərkəzinin Regional və Qlobal Təhlükəsizlik Departamentində tədqiqatçı kimi başlayıb.
2020-2021-ci illərdə Qazaxıstan Respublikasının Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyində rəhbər vəzifələrdə çalışıb.
2021-ci ilin yanvar ayından indiyədək 7-ci çağırış Milli Məclisin deputatı olub. Prezidentin Gənc kadrlar ehtiyatının üzvüdür.
Bundan əvvəl Zülfiyyə Süleymanovanın öz istəyi ilə Məclisi tərk etdiyi bildirilirdi.
Xuraman Etibarlı,
KONKRET.az
