Gürcüstan ATƏT-in Minsk Qrupunun Qarabağla bağlı danışıqlarını öz ərazisində keçirməyə hazırdır.
KONKRET.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib. O, bu həftə Azərbaycan və Ermənistan liderləri ilə danışıqlar aparacağını bildirib.
Zurabişvili Gürcüstanın onlar üçün qəbul olunan hər şeyi edəcəyini deyib.
