“Facebook” istifadəçilərinin məlumatlarının oğurlanması barədə xəbərlər yayılıb.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, bir çox xarici mətbuat orqanı bildirir ki, 1.5 milyarddan çox “Facebook” istifadəçisinin məlumatları oğurlanıb.
Hazırda həmin məlumatlar “DarkNet” adlı qizli platformada açıq şəkildə yayımlanır.
Məlumatın dəqiqliyi qlobal internet problemi həll olunduqdan sonra məlum olacaq.
Qeyd edək ki, aldığımız məlumata görə, Facebook-un fəaliyyətinin bərpası 5 saat çəkə bilər.
Xuraman Etibarlı
KONKRET.az
