10 nəfər “Qurultay” adını daşıyır – Qardaş ölkədəbackend

10 nəfər "Qurultay" adını daşıyır - Qardaş ölkədə

Milli Statistika Bürosunun 2026-cı ilin avqust ayına olan məlumatına görə, ölkədə “Құрылтай”, “Курылтай”, “Курултай” və “Курлтай” adlarını daşıyan 10 vətəndaş qeydiyyatdadır.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, onlardan 6-sı kişi, 4-ü isə qadındır.

“Qurıltay” və onun müxtəlif yazılış variantlarını daşıyanların ən çoxu Şərqi Qazaxıstan vilayətində yaşayır – 4 nəfər. Daha 2 nəfər Almatıda qeydiyyatdadır. Abay, Jambıl, Qaragandı və Manqistau vilayətlərinin hər birində isə 1 nəfər yaşayır.

Bu adı daşıyan 10 nəfərdən 5-i 65 yaş və yuxarı yaş qrupuna aiddir. Onların ən yaşlısının 80 yaşı var. Bundan əlavə, hər biri 30–34, 50–54, 55–59 və 60–64 yaş qruplarında olmaqla daha bir nəfər qeydiyyatdadır.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*