“Onlar torpaqlarımızı Putinə təhvil vermək istəmirlər” – Zelenskibackend

“Onlar torpaqlarımızı Putinə təhvil vermək istəmirlər” – Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresinin yeni üzvlərinin və Demokrat Partiyasının Kiyevə mövqeyini müsbət qiymətləndirib.

KONKRET.az xəbər verir ki, bu barədə o, CNN telekanalına müsahibəsində danışıb.

O, ABŞ-dan Ukraynaya dəstəyin daha da artacağına ümid etdiyini bildirib.

Zelenskinin sözlərinə görə, Konqresə yeni seçilən nümayəndələr və Demokrat Partiyasının üzvləri Ukraynanın mövqeyini müdafiə edir, Rusiyanın təcavüzkar dövlət olduğunu açıq şəkildə ifadə etməkdən çəkinmirlər.

Ukrayna lideri qeyd edib ki, həmin siyasətçilər Moskva ilə Kiyev arasında süni bərabərlik yaratmağa çalışmır və Ukrayna torpaqlarının Rusiyaya güzəştə gedilməsini qəbul etmirlər.

“Bu, Ukrayna üçün mühüm əhəmiyyət daşıyır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*