Braziliyanın Maranyan ştatında nadir hadisə baş verib. AP agentliyinin məlumatına görə, Ava-Quaja qəbiləsinin üzvləri onilliklər davam edən tam təcriddən sonra meşədən çıxaraq Tavari kəndinin sakinlərinin yanına gəliblər.
KONKRET.az xəbər verir ki, qrupun arasında uşaqlar və yaşlı insanlar da olub. Kənd sakinləri onları mehribanlıqla qarşılayıb, qonaqlarla ərzaqlarını bölüşüblər. Bundan sonra qəbilə üzvləri yenidən tropik meşəyə qayıdıblar.
Mütəxəssislər qəbilənin meşədən çıxmasını yaşayış mühitinin kəskin şəkildə daralması ilə əlaqələndirirlər. Meşələrin qırılması təcrid olunmuş xalqların ovçuluq və yığıcılıq üçün istifadə etdikləri əraziləri məhv edir, onları ənənəvi qida mənbələrindən məhrum edir. Nəticədə bu icmalar yaşamaq üçün zəruri ehtiyatları tapmaqda ciddi çətinliklərlə üzləşirlər.
Natiq Səlim,
KONKRET.az
