“12-ci imam” yenidən məhkəmə qarşısına çıxarılırbackend

“12-ci imam” yenidən məhkəmə qarşısına çıxarılır

Dələduzluqda təqsirləndirilən, özünü “12-ci imam” kimi təqdim edən Aqil Babayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

KONKRET.az pravda.az-a istinadən xəbə verir ki, Ali Məhkəmədə keçiriləcək proses oktyabrın 2-nə təyin edilib.

Özünü “12-ci İmam Mehdi” adlandıran şəxsdən XƏBƏR VAR

Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Məlumata görə, Aqil Babayev müsadirə edilmiş əmlakını geri istəyir. Onun yaxınları hesab edir ki, müsadirə edilən əmlaklar Babayevin yox, onlarındır. Burada söhbət bir mənzil, qeyri-yaşayış sahəsi və “SantaFe” markalı minik avtomobilindən gedir.

Qeyd: “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. O, özünü zühur etmiş “12-ci imam” kimi təqdim edərək vətəndaşlara qarşı 2.5 milyonluq dələduzluq edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Babayev 12 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzanı 3 ay azaldıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*