12 yaşlı məktəbli ana oldubackend

12 yaşlı məktəbli ana oldu

Gürcüstanın paytaxtı Tbilisidə 12 yaşlı yeniyetmə uşaq dünyaya gətirib. 

KONKRET.az APA-ya istinadla xəbər verir ki, Birinci Universitet Klinikasının həkimi Lali Turdzladze “Ambebi” portalına açıqlamasında ana və körpənin vəziyyətinin yaxşı olduğunu bildirib. Yeniyetmənin bir neçə saat əvvəl Rustavidən paytaxta çatdırıldığı açıqlanıb.

Azyaşlının hamilə qalarkən 11 yaşının olduğu və 6-cı sinifdə oxuduğu açıqlanıb. Məlumata görə, körpənin atası da azyaşlıdır.

Seksual xarakterli cinayət faktı ilə bağlı araşdırmalara başlanılıb.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*