Bakıda qardaş ögey bacısını qətlə yetirib.
KONKRET.az-ın məlumatına görə, hadisə bu gün paytaxtın Binəqədi rayonunun Binəqədi qəsəbəsində baş verib.
Noyabrın 16-da saat 15 radələrində Binəqədi rayonu ərazisində 23 yaşlı qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Qeyd olunub ki, qəsəbə sakini Ayxan Ağa oğlu Mehdiyev Həmzə Babaşov küçəsində yerləşən evdə ögey bacısı Gülarə Babaşovanı bıçaqlayıb.
Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Polisin keçirdiyi tədbirlərlə cinayəti törədən, ögey qardaşı A.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.\\oxu.az
