Britaniya Ukraynaya 1000-dən çox raket verəcəkbackend

Britaniya Ukraynaya 1000-dən çox raket verəcək

Böyük Britaniya Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün 1000-dən çox qısa mənzilli raket tədarük edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, raketlərin qarşıdan gələn qış aylarında Ukraynaya çatdırılması planlaşdırılır. Həmçinin, Britaniya Ukraynaya 10-dan çox hava hücumundan müdafiə radarı və raket buraxılış qurğuları təqdim edəcək. Hərbi yardım paketinin ümumi dəyəri 250 milyon funt sterlinq təşkil edir.

Nazirlik həmçinin Böyük Britaniya, İsveç və Ukraynanın İsveç istehsalı olan “Gripen” qırıcılarının Ukraynaya tədarükü ilə bağlı niyyət məktubu imzaladığını açıqlayıb.

Qeyd edək ki, Avropa İttifaqı da noyabrın 5-də Ukraynaya əlavə 4,36 milyard avro yardım ayrılacağını elan edib. Vəsaitin 3,7 milyard avrosu makromaliyyə dəstəyinə, 660 milyon avrosu isə müdafiə ehtiyaclarına yönəldiləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*