143 milyonluq yeyinti işində daha bir hökm – 10 il həbs verildi!backend

143 milyonluq yeyinti işində daha bir hökm - 10 il həbs verildi!

Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərovun məhkəmə araşdırması tamamlanıb.

KONKRET.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Elvin Cəfərov xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Cəfərov Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti faktı üzrə  Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan istintaqla həbs edilib. Onun əməli nəticəsində dövlətə 2 milyon 200 min manat ziyan dəyib.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*