Vəkillər bəyanatda Ermənistan Baş nazirinin vəzifəsindən istefa etməsi üçün əsas olan 9 məqamı göstərdilər.
KONKRET.az xəbər verir ki, bu barədə vəkillərdən biri Amram Makinyan Facebook-da həmkarlarının adından bir açıqlama yayıb. Səbəb olaraq məktubda Paşinyanın hakimiyyət bölgüsü prinsipini pozduğu, hakimlərin fəaliyyətinə müdaxilə etdiyi, məhkəmələrin bloklanmasını təşkil etdiyi, hakimləri təhqir etdiyi göstərilir.
“Nikol Paşinyanın komandası Konstitusiya Məhkəməsi rəhbərinin və üzvlərinin səlahiyyətlərini qanunsuz olaraq ləğv edərək, Konstitusiya Məhkəməsi və referendumun ilkin nəzarətini atlayaraq hakimiyyət bölgüsü prinsipini pozdu”, – deyə Makunyan yazır.
Hüquqşünaslar baş naziri onlara və jurnalistlərə qarşı təzyiqlərin qarşısını almamaqda günahlandırırlar. Bundan əlavə, Paşinyan vəkil hüquqlarının qorunması haqqında qanun layihəsini rədd etdi, fövqəladə vəziyyəti və hərbi vəziyyəti əsassız olaraq uzatdı, vətəndaşların sərbəst hərəkət, söz və toplaşmaq azadlığını pozdu.
KONKRET.az
