Beynəlxalq mobil operatorlar Ukraynaya edilən telefon zəngləri üçün ödənişi ləğv ediblər.
KONKRET.az xəbər verir ki, Rusiyanın hücumu ilə əlaqədar, bir çox ölkələr Ukraynaya dəstəklərini nümayiş etdirirlər. 16 ölkə Ukraynaya edilən telefon zənglərinin ödənişsiz olmağına qərar veriblər.
Kanada, Avstriya, Almaniya, İsveçrə, Finlandiya, Slovakiya, Şimali Makedoniya, İsveç, Litva, Latviya, Çexiya, Polşa, Xorvatiya, Serbiya, Bosniya və Herseqovinadakı mobil operatorlar Ukraynaya edilən telefon zəngləri üçün ödənişi ləğv ediblər.
Xuraman Etibarlı,
KONKRET.az
