Doktor Riçard Hobday infeksiyaya nəzarət, ictimai sağlamlıq və bina dizaynı sahələrində çalışan müstəqil bir tədqiqatçıdır. O, “Şəfalı Günəş” əsərinin müəllifidir.
Müəllif öz əsərində əksər xəstəliklərə qarşı mübarizədə günəş şüaları və təmiz hava effektinin elmi əsaslarını göstərib. Müəllif yazır ki, təmiz hava, günəş işığı əsrin əvvəllərində virusa qarşı çox ciddi mübarizə vasitəsi olub və güclü effekti ilə mühüm əhəmiyyət kəsb edir.
SARS və Covid-19 və digər viruslu xəstəliklər yeni peyvənd və müalicə üsullarını daha da aktuallaşdırır. Bu baxımdan hazırkı böhranda dövlətlərin karantin tətbiq etməsi başa düşüləndir. İnsanlar kütləvi yerlərdən düzgün olaraq təcrid olunur.
Səhiyyə məmurları 100 il əvvəl də belə edib. Qripin bütün dünyada yayıldığı zaman eyni yanaşma öz bəhrəsini verib.
Məlum olduğu kimi, 1918-ci ildə ABŞ-da pandemiya həddinə çatan qrip virusu yayılmağa başlayıb. Bu gün az tanınan – qrip ilə mübarizə üçün çox təsirli həmin üsul işə düşüb.
Qeydə alınmış tarixdəki ən böyük pandemiyadan əziyyət çəkən ölkələr bu təcrübədən istifadə etməklə virusun kökünü kəsə bilər.
Sadə dillə desək, həkimlər ağır qrip xəstələrini açıq havada müalicə edə bilərlər. Necə ki, bu üsul 1918-ci ildə məhz belə olub.
Qapalı vəziyyətdə virusla müalicə üsulu o qədər də təsirli deyil
Əsərdə göstərilir ki, təmiz hava və günəş işığının birgə qəbulu xəstələr arasında ölüm hallarının qarşısını ciddi şəkildə alır.
Tədqiqatlar göstərir ki, açıq hava təbii bir dezinfeksiyaedicidir. Təmiz hava qrip virusunu və digər zərərli mikrobları şəksiz öldürür. Bu isə bir daha onu deməyə əsas verir ki, günəş işığı mikrobu və qrip virusunu öldürə biləcək ən güclü təbii vasitədir.
1918-ci ildə “Açıq havada” müalicə
Böyük pandemiya zamanı ən əlverişsiz yerlər hərbi kazarma və hərbi gəmilər idi. Pis havalandırma əsgərləri və dənizçiləri qrip və daha tez-tez baş verən digər infeksiyalara yoluxma riskini artırırdı. Qripdən ölməyənlər sətəlcəm və digər ağırlaşmalardan dünyasını dəyişirdi.
Qeyd edək ki, 1918-ci ildə qrip pandemiyası ABŞ-ın Şərq sahillərinə çatanda Boston şəhəri xüsusilə ağır şəkildə vuruldu. Beləliklə, Dövlət Qvardiyası təcili xəstəxana qurdu. Boston limanında gəmilərdə olan dənizçilər arasında qrip daha güclü yayılmışdı. Xəstəxananın tibb işçiləri ən ağır xəstə dənizçilərin pis havalandırılan yerlərdə olduğunu görmüşdü. Buna görə də onlar çadırlara köçürülərək mümkün qədər təmiz hava ilə qidalandırıldılar.
Yaxşı havada çadırlarından çıxarılan xəstələr günəş vannası qəbul edirdilər.
Artıq xəstə əsgərləri təmiz havaya çıxarmaq adi haldı. Açıq hava terapiyası, məlum olduğu kimi, Qərb cəbhəsində geniş istifadə olunurdu. Belə ki, bu üsul o dövrün başqa bir ümumi və ölümcül tənəffüs yoluxması olan vərəm üçün müalicə metodu sayılırdı. Xəstələr təmiz havada nəfəs almaq üçün çarpayılarına çöldə qoyulmuşdular. Yaxud gecə-gündüz pəncərələri açıq havalandırılmış palatalarda xəstələrə qulluq edilirdi.
Beləliklə, açıq hava rejimi 1950-ci illərdə antibiotiklər onu əvəz edənə qədər populyar oldu.
Bostondakı xəstəxanada açıq hava müalicəsi təcrübəsi olan həkimlər bu rejimin təsirli olduğuna inandılar. Ona görə də bu sistem sonralar da tətbiq edilirdi. Hətta bir hesabata görə xəstəxanada xəstələr arasında ölüm 40 faizdən 13 faizə qədər azalmışdı. Massaçuseç Dövlət Qvardiyasının həkiminə görə, “Açıq havada müalicənin effektivliyi tamamilə sübut edilib və bunun dəyərini tapmaq üçün yalnız cəhd etmək lazımdır”.
Təzə hava dezinfeksiyaedici maddədir
Tibb elmi bir daha sübut edib ki, açıq havada müalicə olunan xəstələrin yoluxucu mikroblara məruz qalma ehtimalı az olur. Ancaq çox vaxt adi xəstəxana palatalarında bu hal daha risklidir.
Məlum olduğu kimi açıq hava faktoru havada olan bakteriyalara və qrip virusuna qarşı ən güclü təbii vasitədir.
Doktor Riçard Hobday yazır ki, açıq hava faktorunun dezinfeksiyaedici gücləri min illər boyu tətbiq edilib. Təbii ki, elm adamlarının kəşf etdikləri antibiotik terapiyası açıq hava müalicəsini əvəz etdi. O vaxtdan bəri təmiz havanın təsiri infeksiyaya nəzarət və ya xəstəxana işində özünü göstərmir. Hələ zərərli bakteriyalar antibiotiklərə getdikcə daha da davamlı olurlar.
Günəş işığı və qrip infeksiyası
Müəllif yazır ki, qrip virusunu təsirsiz hala gətirmək üçün yoluxmuş xəstələri günəş işığına yönəltmək məsləhətdir. Çünki təmiz hava xəstəxanalarda ağciyər və digər infeksiyalara səbəb olan bakteriyaları da öldürür. Birinci Dünya Müharibəsi dövründə hərbi cərrahlar yoluxmuş yaraları sağaltmaq üçün müntəzəm olaraq günəş işığından istifadə edirdilər.
1918-ci ildə Bostonda xəstəxana heyəti şəxsi və ekoloji gigiyena standartlarına riayət edirdi. Şübhəsiz ki, infeksiya və ölüm hallarının nisbətən aşağı nisbətində bu, böyük rol oynadı. Bu baxımdan pnevmoniya xəstələrinin artmasının öhdəsindən gəlmək üçün müvəqqəti açıq hava qurğuları sürətlə yaradılmağa başladı.
Son xəbərlər bir daha göstərdi ki, bu gün bir çox ölkələr ağır qrip pandemiyasına hazır deyillər. Ona görə də onların səhiyyə xidmətləri alt-üst olacaq. Ona görə də Covid-19 böhranı daha da pisləşərsə, tarixdə olduğu kimi belə çadırlara ehtiyac duyulacaq.
Tərcümə KONKRET.az-ındır

bir soz soruwum pedemiya olur yoxsa epedemiya ?
Epidemiya her hansi xesteliyin 1 erazide yayilmasidi..Meselcun Cinde epidemya yayilmiwdi…indi ise bu epidemya dunyaya suretle yayildigi ucun boyuk yayilma sayilir..bu pademiyadi