Azərbaycanın axtarış qərarından sonra Moskva hərəkətə keçdi – Zaxarovadan mesajbackend

Azərbaycanın axtarış qərarından sonra Moskva hərəkətə keçdi – Zaxarovadan mesaj

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən Rusiya vətəndaşlarının maraqlarını müdafiə etməyə hazır olduğunu açıqlayıb.

KONKRET.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Zaxarovanın sözlərinə görə, sözügedən şəxslərin səsləndirdiyi fikirlər Rusiyanın rəsmi mövqeyini əks etdirmir.

Bununla yanaşı, Rusiya XİN rəsmisi Azərbaycanın informasiya məkanında Moskvaya qarşı dost olmayan narrativlərin mövcud olduğunu bildirib. O, Rusiya və Azərbaycanın dialoq yolu ilə mövcud informasiya fonunu yaxşılaşdıra biləcəyinə ümid etdiyini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğu Rusiya vətəndaşları Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində cinayət işi çərçivəsində beynəlxalq axtarış elan edib.

Onlar Azərbaycan dövlətinə qarşı zorakılığa, konstitusiya quruluşunun dəyişdirilməsinə, ölkənin ərazi bütövlüyünün pozulmasına və terrorçuluğa açıq çağırışlarda ittiham olunurlar.

Həmin şəxslər Azərbaycan hüdudlarından kənarda olduqları üçün barələrində qiyabi həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*