Ermənistanda deputatlar – Artsvik Minasyan və Taron Markaryana qarşı cinayət işi açılıb.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb.
Minasyanın sözlərinə görə, o və Markaryan müxalifətin mitinqlərinin iştirakçılarına pul paylamaqda şübhəli bilinirlər.
Deputat əmin edir ki, iş uydurmadır: “Bu, hakimiyyətin əleyhdarlarına qarşı siyasi təqibdir və başqa bir şey deyil”.
Roman Göytürk,
KONKRET.az
