Bakıda 2 nəfər dəm qazından ölüb.
KONKRET.az xəbər verir ki, Yasamal rayonu, Ü.Əkbərov küçəsində kirayə yaşayan Faiq Muradov evin həyətində yerləşən hamam otağında çimərkən zəhərlənib.
Binə qəsəbəsində isə Qardaşxan küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Xəyalə Qasımova ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
