20 manatlıq şirkət 4 milyonluq tender uddubackend

20 manatlıq şirkət 4 milyonluq tender uddu

Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının keçirdiyi tender müsabiqəsinin qalibi “Leyla Medical Center” MMC olub.

KONKRET.az xəbər verir ki, xəstəxana laboratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşdırılması məqsədilə vətəndaşlara göstəriləcək laborator tibbi xidmətlərin satın alınmasına görə MMC-yə 4 milyon 80 min manat ödəyəcək.

Nizamnamə kapitalı 20 manat olan “Leyla Medical Center” MMC-nin hüquqi ünvanı Xətai rayonu, Yunis Səfərov, ev 19-da yerləşir.

MMC-nin qanuni təmsilçisi Vahabov Elnur Ramiz oğludur.//Yeniavaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*