Bazar satıcısı lotereyada 6 milyon qazandı – Qazancının bir hissəsini qonşularına payladıbackend

Bazar satıcısı lotereyada 6 milyon qazandı – Qazancının bir hissəsini qonşularına payladı

Taylandın Udon Thani şəhərindəki Nonq Bua bazarındasatıcılıq edən 65 yaşlı Pa Duan noyabrın 16-da keçirilən dövlət lotereyasında böyük uduş əldə edib.

KONKRET.az xəbər verir ki, o, aldığı 645654 nömrəli lotereya bileti ilə 6 milyon bat (Taylandın milli valyutası) qazanıb.

Maraqlıdır ki, biletin son üç rəqəmi – 654 – qadının motosikletinin dövlət nömrə nişanı ilə üst-üstə düşüb. Pa Duan uzun illərdir məhz bu rəqəmlərlə bitən lotereya biletləri alırmış.

Uduş xəbərini eşidən qadın bazardakı bütün mallarını insanlara pulsuz paylayıb. Bununla da kifayətlənməyərək, qonşu satıcılardan təxminən 5 min batlıq əlavə məhsul alaraq onları da ətrafdakılara hədiyyə edib.

Pa Duan bildirib ki, pulu aldıqdan sonra ilk növbədə ev tikintisi üçün götürdüyü 1 milyon batlıq borcunu bağlamaq istəyir. Daha sonra 35 yaşlı qızına və 30 yaşlı oğluna öz işlərini qurmaq üçün maddi dəstək göstərəcək.

Qadın həmçinin təxminən bir həftəlik fasilə götürərək sakitləşmək, sevincini yaşamaq və əvvəlcədən söz verdiyi kimi, məbədlərdə dini ayinlər icra edərək nəzir vermək niyyətindədir.

Bununla belə, Pa Duan böyük məbləğdə pul qazanmasına baxmayaraq, ticarəti birdəfəlik dayandırmaq fikrində olmadığını bildirib. O, qısa fasilədən sonra yenidən bazara qayıdaraq satıcılıq fəaliyyətini davam etdirəcək.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*