Azərbaycan sərhədində xoşagəlməz addım: İran orada nələr edir?backend

Azərbaycan sərhədində xoşagəlməz addım: İran orada nələr edir?

Dövlət Sərhəd Xidməti (DSX) İranla sərhəddə narkotik qaçaqmalçılığına qarşı əməliyyatlara davam edir. Diqqətçəkən məqam budur ki, son vaxtlar qaçaqmalçılar artıq narkotik vasitələrin daşınmasında yeni üsullardan istifadə edirlər. Belə ki, müxtəlif cihazlar, dronlar və digər uçuş aparatları vasitəsilə narkotik vasitələri Azərbaycana keçirməyə çalışırlar.

İran tərəfi sərhədin bu istiqamətinə niyə nəzarət edə bilmir? Ümumiyyətlə, bu cür əməliyyatları təşkil edən və narkotik vasitələrin Azərbaycana keçirilməsində maraqlı olan qruplaşmalar kimlərdir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, narkotik qaçaqmalçıları artıq daha müasir üsul və vasitələrdən istifadə edirlər:

“Onlar öz çirkin niyyətlərini həyata keçirmək, narkotik vasitələri Azərbaycan ərazisinə, oradan isə MDB və Avropa ölkələrinə daşımaq üçün yeni texnologiyalara, o cümlədən yeni nəsil uçuş aparatlarına əl atırlar. Azərbaycan Dövlət Sərhəd Xidməti bütün bu prosesləri izləyir, nəzarətdə saxlayır və İran istiqamətindən mümkün sərhəd pozuntuları ilə bağlı qabaqlayıcı operativ məlumatlar əldə etməyə çalışır”.

11086fb6234760cd12e5b181c165d71f

(İrandan Azərbaycana hərəkət zamanı məhv edilən paratrike tipli uçuş aparatı)

Ü.Cəfərov bildirib ki, İran tərəfinin bu məsələlərdə mövqeyi daha çox seyrçi xarakter daşıyır:

“Bəzi hallarda onların fəaliyyəti qaçaqmalçılara şərait yaradılması təəssüratı formalaşdırır. Çünki söhbət aşkarlanması çətin olan kiçik qurğulardan deyil, kifayət qədər diqqət çəkən uçuş aparatlarından gedir. Belə vasitələr İranın həm xüsusi xidmət orqanları, həm də sərhəd bölmələri tərəfindən müəyyən edilməli və zərərsizləşdirilməlidir. Təəssüf ki, biz bu istiqamətdə lazımi addımları görmürük. Bildiyim qədər, məsələ ilə bağlı İran tərəfinə müraciət edilib, lakin hələ də hər hansı addım atılmayıb.

M7Tv6VSlmQXRAwz7VL7a1GeFckdGd4H8cJUlHlMz

(İranla sərhəddə ələ keçən dron və narkotik maddələr)

Bu gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin müəyyən etdiyi faktlar onu deməyə əsas verir ki, narkotik qaçaqmalçılığı ilə məşğul olan qruplaşmalar gələcəkdə hətta helikopter və təyyarələrdən də istifadə etməyə cəhd göstərə bilərlər. Çünki bu qanunsuz fəaliyyətin arxasında böyük maliyyə və maraqlar dayanır. Görünür, həmin qruplaşmalar müəyyən yollarla müvafiq qurumlarla anlaşma əldə ediblər və İran tərəfinin baş verənləri görməməsi də müəyyən suallar doğurur”.

images 4

(Narkotik qaçaqmalçılığı üçün sərhədimizi pozarkən zərərsizləşdirilən şəxsin silahı)

Hərbi ekspert qeyd edib ki, Dövlət Sərhəd Xidməti vəziyyəti nəzarətdə saxlayır:

“Qurumun sərəncamında olan yeni texniki avadanlıqlar həm sərhəd xəttində, həm də sərhədin dərinliklərində baş verənləri izləməyə, eləcə də mümkün qanunsuz fəaliyyətin qarşısını almaq üçün preventiv tədbirlər görməyə imkan verir. Ona görə də narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxslərin bu cəhdləri nəticəsiz qalacaq. Qaçaqmalçılar hansı üsul və avadanlıqlardan istifadə etmələrindən asılı olmayaraq, narkotik vasitələrin Azərbaycan ərazisinə, eləcə də ölkəmizdən tranzit keçməklə Avropaya və digər istiqamətlərə daşınmasının qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*