Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” hesabında paylaşım edib.
Bildirilib ki, görüşdə Azərbaycan-Aİ tərəfdaşlığı, əməkdaşlığın inkişaf edən gündəliyi, eləcə də əsas regional və beynəlxalq məsələlər müzakirə olunub.
Tərəflər enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional sabitlik də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
