2022-ci il Ümumdünya Şahmat Olimpiadası Rusiyada keçirilməyəcəkbackend

2022-ci il Ümumdünya Şahmat Olimpiadası Rusiyada keçirilməyəcək

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2022-ci ildə Ümumdünya Şahmat Olimpiadasının Rusiyada keçirilməyəcəyini açıqlayıb.

“FİDE Şurası 44-cü Şahmat Olimpiadasının, o cümlədən fiziki məhdudiyyətli oyunçular üçün yarışların, eləcə də FİDE Konqresinin Rusiyada keçirilməməsinə qərar verib. Biz olimpiadanın başqa təşkilatçısını tapmaq və FİDE-nin 2022-ci il Konqresinin keçirilmə yeri və tarixləri barədə vaxtında məlumat vermək üçün əlimizdən gələni edəcəyik”, – FİDE-nin rəsmi saytında yerləşdirilən məlumatda bildirilib.

KONKRET.az xəbər verir ki, 2022-ci ildə Minskdə keçirilməli olan Ümumdünya Şahmat Olimpiadası 2020-ci ilin dekabrında Rusiyaya köçürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*