24 yaşlı qadın itkin düşdü – FOTObackend

24 yaşlı qadın itkin düşdü - FOTO

Şəmkirdə itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Şəmkir rayon Aşağı Seyfəli kənd sakini, 1998-cu il təvəllüdlü Asimə Məmmədova avqustun 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

A.Məmmədovanın əlamətləri belədir – boyu 168 sm, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində sarı köynək, qəhvəyi rəngli don olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (050) 341-05-58 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

24 yaşlı qadın itkin düşdü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*