ABŞ-ın 25 ştatı bazar ertəsi Prezident Donald Tramp administrasiyasına qarşı yeni rüsumlarla bağlı məhkəmə iddiq qaldırıb. Onlar yeni tarifləri ABŞ Ali Məhkəməsinin ləğv etdiyi idxal vergilərini əvəzetmək cəhdi adlandırıblar.
KONKRET.az xəbər verir ki, ötən ay ABŞ 59 dövlətə və Avropa İttifaqına qarşı ikirəqəmli rüsumlar tətbiq edib. Administrasiya bu ölkələrin məcburi əməkdən istifadə olunmaqla istehsal olunan malların idxalına qarşı kifayət qədər mübarizə aparmadığını bildirib. Yeni rüsumlar Trampın Ali Məhkəmədəki məğlubiyyətindən sonra tətbiq etdiyi müvəqqəti tariflərin müddəti bitən kimi qüvvəyə minib.
İddiaya Arizona, Kaliforniya, Kolorado, Konnektikut, Delaver, Havay, İllinoys, Kentukki, Massaçusets, Merilend, Men, Miçiqan, Minnesota, Nevada, Nyu-Cersi, Nyu-Meksiko, Şimali Karolina, Oreqon, Pensilvaniya, Rod-Aylend, Virciniya, Vermont, Vaşinqton və Viskonsin ştatları qoşulub.
Natiq Səlim,
KONKRET.az
