27 yaşlı qadın son nəfəsində bu mesajı yazdı: “Ölürəm ana, bağışla məni!”backend

27 yaşlı qadın son nəfəsində bu mesajı yazdı: “Ölürəm ana, bağışla məni!”

KONKRET.az xəbər dünya mediasına istinadla xəbər verir ki, İngiltərənin Essex şəhərində bir konteynerdə 39 nəfərin cəsədi tapılıb. Onlar arasında 26 yaşlı vyetnamlı bir qadının anasına mesajı isə bu ölkədə böyük məyusluqla qarşılanıb.

Vyetnamda yerləşən İnsan Hüquqları Təşkilatının koordinatoru Hoa Nghiem 26 yaşlı bir vyetnamlı qadının mesajını paylaşıb. Mesajda “Bağışla, ana, xarici ölkəyə səfərim uğursuz oldu. Ana, səni çox sevirəm. Ölürəm, çünki artıq nəfəs ala bilmirəm. Ana, bağışla məni”.

Çin ağır cəza istədi

Maşının soyuducu yük yerində qabda 39 qadının ölümü ilə əlaqədar beynəlxalq araşdırma aparılır.

Zərərçəkənlər əsasən çinlidirlər və istintaq onların oktyabrın 23-də səhər tezdən Belçikanın Zeebrugge limanından İngiltərəyə necə gətirildiyini araşdırır.

Londondakı Çin səfirliyi Essex şəhərinə qrup da göndərib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq İngiltərənin qurbanların kimliyini ən qısa müddətdə yoxlayacağını və cinayətkarları ciddi şəkildə müəyyən edib cəzalandıracağına ümid etdiyini deyib.

Qeyd edək ki, ingilis polisi 23 oktyabr tarixində səhər erkən saatlarda Vaterqlayd sənaye massivində yük maşınına aid olan konteynerda 39 cəsəd aşkar edib.

Axşam saatlarında konteyner daha araşdırma və qurbanların kimliyi üçün başqa yerə köçürüldü. Yük maşınının 25 yaşlı sürücüsündən əlavə daha iki nəfər saxlanılıb.

İngiltərənin Dover şəhərindəki liman şəhərində 2000-ci ildə bir Çin konteynerində 58 Çin cəsədi tapıldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*