28 min manat oğurlayan şəxs saxlanıldıbackend

28 min manat oğurlayan şəxs saxlanıldı

Xətai rayonu ərazisində bir qadın polisə müraciət edərək yaşadığı evdən 28 min manat pulun oğurlandığını bildirib.

KONKRET.az DİN-ə itsinadən xəbər verir ki, Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin bacısı qızı N.Nəzərova müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin həmin maddi vəsaiti xalasının mənzilində yaşadığı müddətdə hissə-hissə taladığı məlum olub.

Araşdırma davam etdirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*