Bakıda 28 yaşlı kişi hamamda ölüb.
KONKRET.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, hadisə avqustun 17-si saat 1 radələrində paytaxtın Səbail rayonu ərazisindəki evlərdən birində baş verib.
Salyan rayon sakini, 1998-ci il təvəllüdlü Tarverdi Hüseyn oğlu Haxverdiyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kirayədə yaşadığı Ö.F.Nemanzadə küçəsindəki evin hamam otağında tapılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
