Bu ilin yanvar-iyul aylarında 1 milyon 68 min şəxsə 1 milyard 314 milyon manat müavinət və Prezident təqaüdü ödənilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan KONKRET.az-a verilən məlumata görə, ödənişlərin 738 milyon manatı 505 min nəfərə müavinət, 474 milyon manatı 405 min nəfərə Prezident təqaüdü, 102 milyon manatı isə 158 min nəfərə sosial sığorta hesabına müavinət olaraq verilib.
Ödənilən vəsait ötən ilin müvafiq dövrü ilə müqayisədə müavinətlər üzrə 13 faiz, təqaüdlər üzrə 14 faiz, sosial sığorta hesabına müavinətlər üzrə isə 8 faiz artıb.
Qeyd edilib ki, ilin ilk 7 ayında daha 86 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən etibarən isə ümumilikdə 966 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
