34 yaşlı qadını 6 nəfər DÖYDÜbackend

34 yaşlı qadını 6 nəfər DÖYDÜ

Bakıda 34 yaşlı qadın bir neçə nəfərin hücumuna məruz qalaraq ağır xəsarət alıb.

KONKRET.az-ın məlumatına görə, hadisə “20 Yanvar” stansiyasının yanında baş verib.

1989-cu il təvəllüdlü Həbillayeva Pərvanə Məmməd qızı bildirib ki, tanımadığı 6 nəfər tərəfindən döyülüb.

Ağır bədən xəsarətləri alan qadın təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb

Müayinə zamanı ona sağ almacıq sümüyünün sınığı və üz-baş nahiyələrinin hematoması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*