36 min nəfər evini tərk etdibackend

36 min nəfər evini tərk etdi

İtaliyanın şimal-şərqində daşqınlar nəticəsində 36 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə AFP bölgə rəsmilərinə istinadən məlumat yayıb.

Pis hava şəraiti 14 nəfərin həyatına son qoyub, daşqınlar Emiliya-Romanyada 300-dən çox sürüşməyə səbəb olub, 500-dən çox yola ziyan vurub.

Bolonya meri Matteo Lepore bildirib ki, yolların və infrastrukturun təmiri aylar, bəzi yerlərdə isə illərlə çəkəcək.

İtaliyanın baş naziri Georgi Meloni fövqəladə vəziyyətlə əlaqədar Yaponiyada keçirilən G7 sammitini erkən tərk edib. “Mən belə çətin anda İtaliyadan uzaq qala bilmərəm”, – o deyib. Xanım Meloni mayın 21-də zərər çəkmiş ərazilərə səfər edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*