Avropa İttifaqı Ukraynanın üzvlüklə bağlı danışıqlara başladığını elan edəcəkbackend

Aİ dekabrda Ukraynanın üzvlüklə bağlı danışıqlara başladığını elan edəcək

Avropa İttifaqı dekabrda Ukraynanın üzvlüklə bağlı danışıqlara başladığını elan etmək niyyətindədir.

KONKRET.az xəbər verir ki, liderlər ilin sonuna qədər Aİ-yə daxil olmaq üzrə rəsmi danışıqlara başlamaq üçün Kiyevə yaşıl işıq yandırmağa hazırlaşır.

Aİ ölkələri Kiyevə iyun ayında üzvlüklə bağlı namizəd statusu veriblər və Avropa Komissiyası noyabrda Ukraynanın blokun üzvlük şərtlərini nə dərəcədə yerinə yetirdiyinə dair hesabat dərc etməlidir.

Hesabat qəbul edildikdən sonra Komissiya üzv dövlətlərin Ukrayna ilə danışıqlara başlamaqdan imtina etməsini “çox çətinləşdirəcək” bəyanat verəcək. “Bunun ətrafında siyasi təzyiq ayrı-ayrı üzv dövlətlərin müqavimət göstərməsi üçün çox güclü olacaq. Dekabr ayına qədər Avropa Şurası danışıqlara başlamaq barədə qərar verəcək”, – məlumatda deyilir.

Qeyd edək ki, danışıqlara başlamaq üçün Ukrayna məhkəmə islahatları və korrupsiyanın qarşısının alınması da daxil olmaqla Komissiyanın irəli sürdüyü yeddi şərti qanuni şəkildə yerinə yetirməlidir.

Məlumata görə, avqust ayına olan yeddi şərtdən yalnız ikisi yerinə yetirilib.

Ariz Həsənoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*