40 yaşından sonra bədəndə yığılan yağları tezliklə necə əritmək olar?backend

40 yaşından sonra bədəndə yığılan yağları tezliklə necə əritmək olar?

Konkret.az tanınmış beynəlxalq dietoloqların sınanmış araşdırmalarını təqdim edir. Həmin araşdırmalara görə, 40 yaşdan sonra bədəndə maddələr mübadiləsi təbii olaraq yavaşlayır, buna görə bədən daha çox yağ yığmağa başlayır. Mütəxəssislərin fikrincə, altı qayda orta yaş dövründə aktiv yağ yandırma prosesini sürətləndirəcək.

  1. Keyfiyyətli yuxu üçün səy göstərin. Mütəxəssislər gecə ən azı 7 saat yatmağı və yataq otağının tam qaranlıq olmasını məsləhət görürlər. Çünki keyfiyyətsiz yuxu çəki artımına səbəb olmaqla yanaşı, depressiya, ürək xəstəliyi, şəkərli diabet və bir çox digər sağlamlıq problemlərinin artmasına da kömək edir.
  2. Təbii yağlar yeyin. 40 yaşdan sonra yaxşı bədən quruluşuna sahib olmaq istəyənlərə mütəmadi olaraq qoz-fındıq, və zeytun yağı yemək tövsiyə olunur.
  3. Daha çox tərəvəz, otlar və az şəkərli meyvə və giləmeyvə yeyin. Xüsusilə, ispanaq, kələm, bibər, pomidor, xiyar, moruq və limona diqqət yetirin.
  4. Təmizlənmiş karbohidratların miqdarını minimuma endirin. Əvvəla, spirt və qənnadı məhsullarından ümumiyyətlə istifadə etməyin.
  5. Qidalanma rejiminə riayət edin. 16 saat yemək yeməkdən imtina etmək vacibdir.
  6. Fiziki cəhətdən aktiv olun. Mütəxəssislər fiziki məşqlərin əhəmiyyətini yüksək qiymətləndirirlər. Çünki hərəkətlilik yağ kütləsi almadan normal çəki qorumaq üçün çox vacibdir.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*