6 evi soydu, əşyaları “Instagram”da satdı – FOTObackend

6 evi soydu, əşyaları “Instagram”da satdı - FOTO

Bakının Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan paytaxt sakini Səbuhi Hüseynovun evindən oğurluq edilib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zərərçəkən ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə şikayət edərək deyib ki, evin plastik pəncərəsini sındırıb içəri daxil olan naməlum şəxs mənzildən ümumi dəyəri 1200 manat olan qızıl-zinət əşyalarını oğurlayıb.

Eyni zamanda, həmin qəsəbədə yaşayan daha beş nəfər oxşar məzmunlu şikayətlərlə polisə müraciət edərək, müxtəlif vaxtlarda onların da mənzillərindən pul və digər qiymətli əşyalar oğurlandığını söyləyiblər.

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini Elşən İsayev qısa zamanda tutularaq istintaqa təqdim edilib.

O, təkzibedilməz faktlar və mötəbər sübutlar qarşısında törətdiyi qanun pozuntularını etiraf edərək, ümumilikdə altı evdən oğurluq etdiyini bildirib.

Araşdırma zamanı müəyyən olunub ki, Elşən İsayev evlərdən oğurladığı qızıl-zinət əşyalarının bir qismini “Instagram” sosial şəbəkəsində satıb. Əldə etdiyi pul vəsaitlərini isə şəxsi ehtiyaclarına xərcləyib. Onun ümumilikdə zərərçəkənlərə doqquz min manata yaxın maddi ziyan vurduğu məlum olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*