7,6 bal gücündə ZƏLZƏLƏ – ANBAAN VİDEObackend

7,6 bal gücündə ZƏLZƏLƏ - ANBAAN VİDEO

Yaponiyada 7,6 bal gücündə zəlzələdən sonra torpaq sürüşməsi baş verib.

Referans.az xəbər verir ki, Yaponiyanın İşikava əyalətində baş verən 7,6 bal gücündə zəlzələdən sonra baş verən sürüşmə ətrafdakılar tərəfindən anbaan qeydə alınıb. Sürüşmə nəticəsində çoxlu evlər dağılıb.

Yanvarın 1-də Yaponiyanın İşikava əyalətində baş verən 7,6 bal gücündə zəlzələnin yaralarını sağaltmağa çalışarkən, fəlakətin miqyasını ortaya qoyan yeni görüntülər ortaya çıxdı.

Vacima şəhərində dağlıq bölgədə baş verən zəlzələdən dərhal sonra baş verən sürüşmə həvəskar kameralara düşüb.

Dağ yamacında çoxlu evlər dağıldığı halda, rayon sakinləri qorxu və təşviş içində qalıb.
Sürüşmədə insan itkisinin olub-olmadığı məlum deyil.

Zəlzələ nəticəsində 84 nəfər ölüb

Yaponiyada baş verən zəlzələ nəticəsində 84 nəfər ölüb, ən azı 410 nəfər yaralanıb.

Axtarış-xilasetmə işləri davam etsə də, 179 nəfərdən hələ də xəbər yoxdur.  Referans.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*