76 milyon illik dinozavr skeleti rekord qiymətə SATILDI – FOTObackend

76 milyon illik dinozavr skeleti rekord qiymətə SATILDI - FOTO

Qədim dinozavr (Qorqosaurus) skeleti ABŞ-da naməlum alıcıya 6 milyon dollara satılıb.

KONKRET.az BBC-yə istinadən xəbər verir ki, sklet Nyu-Yorkda Sotheby’s tərəfindən təşkil edilən auksionda satılıb.

Bildirilir ki, bu Sotheby’s tərəfindən hərraca çıxarılan ikinci daşlaşmış dinozavr skeletidir. Birinci sklet 1997-ci ildə Çikaqonun Sahə Muzeyinə 8,36 milyon dollara satılıb.

İndiyə qədər təxminən 20 Qorqosaurus qalıqları tapılıb. 77 milyon il əvvəl yaşamış bu nəhəng dinozavrlar daha sürətli və güclü çənəyə malik olub.

Qeyd edək ki, ABŞ-ın Montana ştatında xüsusi bir ərazidə kəşf edilən bu qalıqlar 3 metr enində, 6,6 metr uzunluğunda və 79 parçadan ibarətdir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*