Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb.
8 yaşlı Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. /Bizim.Media
