Ötən gün yaşlı bir kişi tərəfindən amansızlıqla öldürülən itin görüntülərinin sosial şəbəkələrdə yayılması insanların hiddətinə səbəb olub.
KONKRET.az-ın şimal bürosu xəbər verir ki, hadisənin Xaçmazda 86 yaşlı Balasoltan Daştəmirov tərəfindən törədildiyi aşkar edilib.
Həmin şəxs itin onun ərzaqlarını və toyuq-cücəsini taladığı üçün belə bir addımı atdığını deyib. Günahsız heyvanı bu məqsədlə çarxa bağlayan Balasoltan Daşdəmirov hadisəni oğlu ilə birlikdə həyata keçirdiyini etiraf edib. Elə sosial şəbəkələrdəki görüntülər də oğlu tərəfindən telefona çəkilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regioanal qrupunun baş inspektoru Xəyal Talıbov bildirib ki, həmin şəxsə qarşı ittiham tədbirləri irəli sürülüb və barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsi) müvafiq tədbir görülüb. Bu maddə ilə ittiham edilən şəxs 500 manat məbləğində cərimə edilib.
Emin Kərimov
Xaçmaz,
KONKRET.az
