9-cu sinif şagirdi vəfat etdibackend

9-cu sinif şagirdi vəfat etdi

Bakıda 9-cu sinif şagirdi dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu, Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın 9-cu sinif şagirdi Kənan Qasımovdur.

Bu haqda gimnaziyanın sosial şəbəkə hesabında məlumat paylaşılıb.

“Kənan məktəbimizin ən fəal şagirdlərindən, “Şagird təşkilatı”mızın və “Teatr” dərnəyimizin aktiv üzvlərindən, gimnaziyanın sosial şəbəkə hesablarının və elektron səhifəsinin idarəçilərindən idi. Kənan buraxılış imtahanlarında və məktəb dərslərində də yüksək nəticə göstərmişdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*