90 yaşlı məşhur astronavt təyyarə qəzasında öldü – VİDEObackend

90 yaşlı məşhur astronavt təyyarə qəzasında öldü - VİDEO

Tarixdə ilk dəfə Ay ətrafında dövr edən “Apollon-8” ekipajının üzvü Uilyam Anders təyyarə qəzasında həlak olub.

KONKRET.az xəbər verir ki, hadisə Vaşinqton ştatında baş verib.

Bildirilir ki, 90 yaşlı astronavt özü idarə etdiyi “Beech A45” tipli təyyarədə qəzaya uğrayıb. O, idarəetməni itirib və təyyarə suya düşərək batıb.

Təyyarədə yalnız U.Anders olub.

Qeyd edək ki, “Apollon-8” ekipajı 1968-ci ilin dekabrında Ay ətrafında uçuş həyat keçirib. Bu Ayın Yerdən görünməyən tərəfinə baş tutmuş ilk kosmik səyahət olub. Ekipaj üzvləri missiya çərçivəsində Yerin uzaqdan ilk dəfə olaraq tam şəklini çəkə bilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*