Mustafayev Overçukla Şimal-Cənub Dəhlizini müzakirə etdilərbackend

Mustafayev Overçukla Şimal-Cənub Dəhlizini müzakirə etdilər

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və iki ölkə arasında yük daşımalarının genişləndirilməsi məsələlərini müzakirə ediblər.

KONKRET.az “Report”a istinadən bildirir ki, məsələlər Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrlərinin iclasında müzakirə olunub.

Tərəflər həmçinin ticarət, iqtisadiyyat və investisiya, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi və sərhəd-keçid məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirlərinə xüsusi diqqət yetirilib.

Ş.Mustafayev və A.Overçuk həmçinin ən yüksək səviyyədə əldə edilən razılaşmaların və hökumətlərarası komissiyanın 24-cü iclasının qərarlarının icrasını nəzərdən keçiriblər.

Bundan əlavə, tərəflər Azərbaycan və Rusiya üçün praktik maraq doğuran qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi perspektivləri barədə də fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*