Qızılın qiyməti 4 150 dollardan aşağı düşdübackend

Qızılın qiyməti 4 150 dollardan aşağı düşdü

“Comex” birjasında dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti 2026-cı il sentyabrın 28-dən bəri ilk dəfə bir troya unsiyası üçün 4 150 dollardan aşağı düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə ticarət platformasının məlumatlarında qeyd olunub.

Bakı vaxtı ilə saat 05:35-ə olan məlumata görə, qızılın qiyməti 0,76% azalaraq bir troya unsiyası üçün 4 130,7 dollar təşkil edib.

Saat 05:44-də fyuçersin qiymətindəki azalma 0,33%-dək zəifləyib və qiymət bir troya unsiyası üçün 4 148,6 dollara çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*