Bakıda vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham olunan İlahə Əhmədovanın barəsindəki qərardan kassasiya şikayəti verilib.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: Təqsirləndirilən şəxs bir necə vətəndaşa pensiya düzəltmək adı ilə vəd verərək onlardan külli miqdarda pul, qızıl-zinyət əşyaları almaqla dələduzluq edib.
Lyibova Bokovva, Şahin Əliyev, Nailə Əliyeva, Svetlana Şamoylpva, Gülnara Atayeva, Həmzə Xəlilov, Sergey Uryipin, Klara Məmmədova, Marina Yakunkaya, Emiliya Abdullayeva, Hüseyn Əliyev, Aleksey Ryazanov, Gülxanım Aslanova, Tahir İsgəndərov zərərçəkmiş qismində tanınıb.
Ümumilikdə ziyan 400 min manata yaxındır.
İlahə Əhmədova Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə o, elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki, əvvəllər Əmək və Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsində işləyib, Pirallahı rayonu yaradıldıqdan sonra Sosial Müdafiə Fondunun Pirallahı şöbəsində məsləhətçi mütəxəssis vəzifəsində çalışıb. İşlədiyi dövrdə Xəzər rayonunda və başqa yerlərdə yaşayan tanışları üçün pensiya məbləğinin artırılması və ya pensiya təyin olunması məqsədi ilə müxtəlif miqdarlarda pullar alıb. Lakin onların işlərini sistemdə baş verən dəyişikliklərlə əlaqədar həll edə bilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan mərhum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.
