Jitomir, Zaporojye, Kiyev, Nikolayev, Sumı, Xarkov, Xerson və Çerniqov vilayətlərinin ərazilərində 919 yaşayış məntəqəsi rus qoşunlarından azad edilib.
KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparatının rəhbərinin müavini Kirilo Timoşenko bildirib:
“Artıq 29 faiz yerli özünüidarəetmə orqanları işini aktivləşdirib. 192 yaşayış məntəqəsində humanitar qərargahlar fəaliyyətə başlayıb. Bunu Fövqəladə Hallar Dövlət Xidməti ilə birgə regional hərbi idarələr həyata keçirir. Ərazilərin 70 faizində minatəmizləmə işləri aparılıb”.
Qeyd edək ki, ümumilikdə bu bölgələrdə 11 mindən çox yaşayış məntəqəsi var, onlardan 3 mindən çoxu Rusiya qoşunlarının nəzarətində olub.
İqbal Rzayev,
KONKRET.az
