AB səfirindən Bakıya “maraqlı” təbrik: “Qələbə” demədi…backend

AB səfirindən Bakıya “maraqlı” təbrik: “Qələbə” demədi...

2020-ci il həyatımıza gətirdiyi bir çox dəyişikliklər və çətinliklərlə yadda qalacaq. Bu il həm də bütün dünyada COVID-19 ilə mübarizədə həmrəylik və dəstək ili oldu.

KONKRET.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycan xalqına bayram müraciətində deyib.

O, bu mübarizədə AB-nin “Avropa komandası” (Team Europe) təşəbbüsünə qoşularaq, Azərbaycan və Şərq Tərəfdaşlığının digər üzv ölkələrinə pandemiyaya qarşı dəstək verməsindən məmnun olduğunu bildirib:

“Bu il həm də Azərbaycan üçün taleyüklü bir il oldu. Azərbaycan xalqına, xüsusilə də koronavirusla mübarizədə və Qarabağ müharibəsində yaxınlarını, doğmalarını itirənlərə başsağlığı verirəm. 2020-ci il həm də hamımıza əlimizdəkilərin dəyərini bilməyi öyrətdi. Hamınıza cansağlığı, hərəkət sərbəstliyi və başınızın üstündə dinc səma arzulayıram! Yeni iliniz və Həmrəylik Gününüz mübarək”.

Qeyd edək ki, 2020-ci il Azərbaycanın işğalda olan torpaqlarının böyük hissəsinin hərb yoluyla qaytarıldığı və ərazi bütövlüyümüzün bərpa olunduğu il kimi tariximizə düşür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*