“Bakı Birlik Təşkilatı” İctimai Birliyinin sədri, “Youtube”dakı “KimTV” kanalının aparıcısı Abid Qafarovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
KONKRET.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası avqustun 22-nə təyin edilib.
Şikayət hakim İlqar Murquzovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: Abid Qafarovun həbsi tələbilə xüsusi ittiham qaydasında qaldırılmış iddia Yasamal Rayon Məhkəməsində baxılıb. Hakim Rauf Daşdəmirovun sədrliyilə keçirilən iclasda hökm çıxarılıb. Hökmə əsasən, o, 1 il müddətinə həbs edilib.
Xatırlatma: Abid Qafarova qarşı iddia qaldıran 7 nəfər müharibə veteranı ərizəsində göstərib ki, təşkilat rəhbəri qaziləri təhqir edib, onları “müti” adlandırıb. İddiaçıların sayı əvvəl 7 nəfər olsa da, sonradan onlardan dördü şikayəti geri götürüb.
Abid Qafarov isə bu iddianı əsassız sayır. O, barəsində olan hökmdən apellyasiya şikayəti verib.
