Abrahamyan: “Hökumət təmsilçisi deyir ki, 30 ildə Ermənistanın ordusu olmayıb”backend

Abrahamyan: "Hökumət təmsilçisi deyir ki, 30 ildə Ermənistanın ordusu olmayıb"

“Hakim “Mənim addımım” fraksiyasından parlamentin deputatı Anuş Beqloyan bu gün “30 ildir ordumuz yoxdur” dedi. Bu adamın “bizdə var” deyərək kimləri nəzərdə tutduğunu bilmirəm, amma dərhal bir şeyi düzəltməliyik: Baş nazirin rəhbərlik etdiyi siyasi qüvvənin nümayəndəsi bəyan edir ki, son 30 ildə bizdə ordu olmayıb və indi də yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu “Enaket” (“Dəstək nöqtəsi”) analitik mərkəzinin təsisçisi və rəhbəri Tiqran Abrahamyan özünün facebook səhifəsində yazıb. O əlavə edərək yazır: “Əlbəttə ki, bu ifadəni və ya yuxarıda adı çəkilən şəxsi ciddi şəkildə təhlil etmək fikrində deyiləm. Sadəcə mediadakı həmkarlarımın diqqətini hakimiyyət nümayəndələrinin bu barədə danışdığına yönəltmək istəyirəm, onlardan xahiş etmək istəyirəm ki, bu açıqlama ilə bağlı sorğularınızı Müdafiə Nazirliyinə və Silahlı Qüvvələrin Baş Qərargahına göndərsinlər. Nikol Paşinyanın siyasi komandası ordunu, zabiti, hərbçini ləkələyən belə bir açıqlama verdi və ordu rəhbərliyinin buna susmaq haqqı yoxdur”.

Lətif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*