ABŞ bazasında dağıntı – ŞOK GÖRÜNTÜLƏRbackend

ABŞ bazasında dağıntı - ŞOK GÖRÜNTÜLƏR

ABŞ-ın “MeidasTouch” nəşri Küveytdə yerləşən Amerika hərbi bazasında baş verdiyi bildirilən genişmiqyaslı dağıntıların görüntülərini yayıb.

KONKRET.az xəbər verir ki, nəşrin məlumatına görə, yayılan kadrlarda bazanın ərazisində tamamilə dağıdılmış obyektlər və geniş sahəyə səpələnmiş dağıntılar görünür.

Məlumata əsasən, pilotsuz uçuş aparatının birbaşa zərbəsinin hədəfi hərbi qulluqçuların atəşə tutulma təhlükəsi zamanı təcili sığınması üçün nəzərdə tutulan möhkəmləndirilmiş bunkerlərdən biri olub.

Hücum nəticəsində aviabazanın uçuş-enmə zolağının da tamamilə sıradan çıxdığı iddia edilir.

“MeidasTouch” bu dağıntıların İranın həyata keçirdiyi müdafiə xarakterli hücumların nəticəsi olduğunu bildirir.

Günay Əli

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*